Sentyabrın 14-də Xırdalan şəhərində yerləşən Abşeron Olimpiya Kompleksində “2019-cu il Taekvondo üzrə gənclər arasında V Səfir Kuboku” keçiriləcək.
Hafta.az yazır ki, Koreya səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı, Olimpiya Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən builki tədbirdə 150-yə yaxın azərbaycanlı gənc qız və oğlan taekvondoçular 10 çəki kateqoriyası üzrə mübarizə aparacaq. Qaliblərə hədiyyə və diplomlar təqdim olunacaq.

Builki qaliblərdən 4 nəfərin noyabrda Koreyada keçiriləcək “Səfir Kuboku Dünya Birinciliyi” yarışında iştirak etmək üçün namizədliyi irəli sürüləcək.
2015-ci ildən bəri səfirlik tərəfindən hər il təşkil edilən Səfir Kubokunon əsas məqsədi Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və Azərbaycanla Koreya arasında idman sahəsində əlaqələri inkişaf etdirməkdir.