Şenyanda 12-ci Milli Akrobatika Festivalı keçiriləcək

09:46 16.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 23-də Çinin şimal-şərqindəki Liaoninq əyalətinin mərkəzi Şenyanq şəhərində başlayacaq 12-ci Milli Akrobatika Festivalı sentyabrın 5-dək davam edəcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Builki tədbirdə 36 akrobatik şou, 8 akrobatik dram və 10 sehrli şou təqdim olunacaq. Festivalın təşkilatçıları Çin Mədəniyyət və Turizm Nazirliyi və Liaonin əyalətinin Xalq Hökumətidir.

Liaonin əyalətinin mədəniyyət və turizm idarəsinin rəis müavini Lu Xiçaonun sözlərinə görə, daha çox tamaşaçı cəlb etmək üçün festival çərçivəsində xeyriyyə tədbirləri təşkil olunacaq.

Şenyan Şəhər Mədəniyyət, Turizm və Radio Televiziya Administrasiyasının rəhbəri Liu Kebin bildirib ki, eyni zamanda, Şenyan səyahət edənlərə şəhər ətrafında səyahət edərkən akrobatik tamaşalara heyran olmaq imkanı verəcək xüsusi turizm proqramına start verəcək.