Serbiya NATO-ya daxil olmağı planlaşdırmır

19:53 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Serbiya prezidenti Aleksandar Vuçiç cümə axşamı Assambleyanın (parlamentin) növbədənkənar iclası zamanı bildirib ki, müxtəlif bəyanatlara və qiymətləndirmələrə baxmayaraq, Serbiya NATO-ya daxil olmağı planlaşdırmır və hərbi neytrallıq mövqeyini davam etdirəcək.

"Bu səhər mən saxta vətənpərvərlərdən Serbiyanı Atlantik inteqrasiyaya apardığımız barədə cəfəngiyyat eşitdim" deyib Vuçiç: "Biz hərbi neytrallığımızı davam etdirəcəyik və ordumuzu məhv edənlərdən fərqli olaraq, ordumuzu qururuq”.