Səttar Möhbalıyev beynəlxalq təşkilatın vitse-prezidenti seçilib

16:10 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib. Tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında Hesabat və 2020-2023-cü illər üçün Siyasi sənəd müzakirə edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından hafta.az-a verilən məlumata görə, Pan Avropa Regional Şurasının prezidenti İ.Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının Baş katibi Ş.Barrou, PARŞ-ın Baş katibi L.Visentini forumda giriş nitqi ilə çıxış ediblər.