Səudiyyə Ərəbistanı iyuldan başlayaraq tətbiq etdiyi gündəlik neft hasilatını 1 milyon barel azaltmağa dair qərar avqust və sentyabr aylarında da qüvvədə olacaq.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, sözügedən qərarla Səudiyyə Ərəbistanının sentyabr ayında ümumi gündəlik hasilatı 9 milyon barrelə endirəcəyi bildirilib və azalmanın sentyabr ayından sonra davam etdirilə biləcəyi qeyd olunub.
Bildirilib ki, gündəlik 1 milyon barel azaldılması Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə aprel ayında razılaşdırılaraq 2023-cü ilin mayından 2024-cü ilin dekabrınadək gündəlik neft hasilatını 500 min barel azaltmaq qərarına əlavədir. Bundan əlavə, ixtisarın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun əvvəlki ixtisar qərarlarını dəstəkləmək məqsədilə, neft hasilatında sabitliyi dəstəkləmək məqsədilə edildiyi bildirilib.
OPEC+ qrupu ötən ilin oktyabr ayında hasilatı gündəlik 2 milyon barel azaldacağını açıqlamışdı və may ayından etibarən gündəlik əlavə olaraq təxminən 1,6 milyon barel azalma qərarına gəlinib.