Səudiyyə Ərəbistanı Sudandan 8498 nəfəri təxliyyə edib

16:20 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Səudiyyə Ərəbistanı Krallığı səudiyyəli vətəndaşlar, eləcə də dost və qardaş dövlətlərin təbəələrinin, o cümlədən diplomat və beynəlxalq vəzifəlilərin Sudandan Səudiyyə Ərəbistanı Krallığına təxliyəsinə nəzarət və qayğı göstərib. Bu həmçinin beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi Səudiyyə Ərəbistanı Krallığının effektiv rolunun təsdiqi kimi, dost və qardaş dövlətlərin öz təbəələrinin təxliyəsi barədəki müraciətlərinə cavab olaraq həyata keçirilib".

Bu sözlər Səudiyyə ərəbistanının ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda deyilir. Bildirilir ki, dəniz yolu ilə təxliyə əməliyyatları Xartumdan Port Sudan limanına, oradan isə Ciddə şəhər limanına, hava yolu ilə isə Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə Ciddə şəhərindəki Kral Abdullah Hava Bazasına çıxarılmanı təmin edib.

Məlumatda qeyd edilir ki, mayın 8-dək təxliyə edilənlərin ümumi sayı 8498 nəfərdir. Bunlardan yalnız 278 nəfəri Səudiyyə Ərəbistanı vətəndaşı olduğu halda, 8220 nəfəri çox sayda xarici ölkə vətəndaşlarıdır. Bu ölkələrin siyahısına Azərbaycan, Türkiyə, Pakistan, İndoneziya, Çin, Küveyt, BƏƏ, Qətər, Bəhreyn, Oman, İraq, Yəmən, Misir, Suriya, Tunis, Livan, Liviya, Əlcəzair, Mərakeş, İordaniya, Fələstin, Əfqanstan, Hindistan, Banqladeş, Nepal, Miyanmar, Monqolstan, Filippin, Şri-Lanka, Tailand, Sinqapur, Vyetnam, Kamboca, Malayziya, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Nikaraqua, Panama, Paraqvay, Ekvador, Böyük Britaniya, Rusiya, İsveç, İtaliya, Niderland, Almaniya, Xorvatiya, İsveçrə, Yunanstan, Bolqariya, İrlandiya, Bosniya və Herseqovina, Norveç, Serbiya, Polşa, Macarıstan, Fransa, Belçika, Rumıniya, Avstriya, Makidoniya, Mavritaniya, Somali, Cibuti, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Syerra-Leone, Nigeriya, Seneqal, Kabo-Verde, Kot-divuar, Botsvana, Malavi, Liberiya, Konqo, Moqadişo, Burkina-Faso, Keniya, Uqanda, Zimbabve, Burundi, Çad, Niger, Qambiya, Cənubi Afrika, Zambiya, Benin, Mali, Mozambik, Qana, Qvineya, Ruanda, Eretriya, Namibiya, Mavriki, eləcə də BMT-nin bir neçə işçisi daxildir.

"Səudiyyə Ərəbistanı Krallığı Sudanda qan tökülməsinə son qoymaq, döyüşləri dayandırmaq, siyasi həll prosesinə qayıtmaq üçün var qüvvəsini sərf etməkdə davam edir. Bununla bağlı Krallıq Sudandakı qruplar, qardaş və dost dövlətlər, beynəlxalq təşkilatlarla təmaslar qurur. Krallıq həmçinin qardaş və dost dövlətlərlə birgə atəşkəsin bərqərar olunmasına, humanitar dəhlizlərin açılmasına və mülki əhalini qorumasına stimul verir. Bundan əlavə, Krallıq 24 saat ərzində özünün bütün dövlət qurumlarının müntəzəm səyləri ilə təxliyə əməliyyatlarının təşkili və koordinasiyasında mərkəzi rolunu icra edək, bütün ölkələrin mülki vətəndaşlarının sağ-salamat çıxışı, qardaş və dost dövlətlərə bu sahədə bütün yardımları göstərməkdən əmin olur", - məlumatda qeyd edilir.

Siyasət rubrikasından digər xəbərlər