Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanının İctimai Səhiyyə Agentliyi JN.1 adlı yeni növ koronavirusun ölkədə yayılma nisbətinin 36 faizə çatdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, amma agentliyin verdiyi açıqlamada narahatlıq üçün heç bir əsas olmadığı, sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulmadığı, yeni epidemiya ilə bağlı deyilən risk və xəbərdarlıqların həqiqəti əks etdirmədiyi vurğulanıb. Bundan əlavə, hər kəs etibarlı rəsmi mənbələrdən məlumat almağa çağırılıb.