Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz “Hadimul Haremeyn əl-Şərifeyn Qonaqlar Proqramı” çərçivəsində bu il dünyanın bütün ölkələrindən ümumilikdə min nəfəri Ümrə ziyarətçisi olaraq qəbul etmək barədə göstəriş verib.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif əl-Şeyx dünənki açıqlamasında dünyanın hər yerindən min tanınmış İslam şəxsiyyətinin, o cümlədən İslam alimləri, şeyxlər, ziyalılar, nüfuzlu şəxsiyyətlər və universitet professorlarının Ümrə ziyarətini təşkil edəcəyini bildirib.
Dr. əl-Şeyx nazirliyin İslama və müsəlmanlara xidmət, İslam dininin dəyər və prinsiplərinin yayılması, nifrət və radikalizmlə mübarizə missiyasının uğur qazanmasına töhfə verən davamlı və böyük dəstəyi yüksək qiymətləndirib.