Yazını böyüt
Yazını kiçilt
İspaniyanın “Sevilya” klubunun hücumçusu Vissam Ben-Yedder Fransanın “Monako” komandasına transfer olub.
Fransız futbolçu üçün “Monako” 40 milyon avro ödəyib. Ben-Yedder ilə beşillik müqavilə imzalanıb.
Ötən mövsüm “Sevilya”nın heyətində İspaniya La Liqasında uğurlu çıxış edən fransız futbolçu 35 oyunda 18 qol vurub.