Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı

10:15 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb.

Hafta.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.

“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.

Qeyd edək ki, dünən Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.