SOCAR-dan güclü küləklə bağlı açıqlama

10:47 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya ximətindən hafta.az-a verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

 

Eyni zamanda bildirilib ki, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.