Şoyqu Qarabağda qurulan müşahidə məntəqələrin sayını açıqladı

12:47 21.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.

Hafta.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib:

“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”.