Yazını böyüt
Yazını kiçilt
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya bölmələrinin Donetsk və Zaporojye əməliyyat bölgələrində hücum əməliyyatlarının davam etdirilməsindən danışıb.
Onun sözlərinə görə, Artemovsk və Vüqlədar istiqamətində fəal irəliləyiş var. Nazir hərbi idarədə keçirilən konfransda bildirib ki, Soledar, Kleşçeevka, Podqornoye, Krasnopolye, Blaqodatnoye, Lobkovoe və Nikolaevka artıq "azad edilib".
Onun sözlərinə görə, Ukrayna qoşunları ciddi itkilər verir. “Təkcə bu ilin ilk ayında 6500-dən çox hərbi qulluqçu, 26 təyyarə, 7 helikopter, 208 pilotsuz uçuş aparatı, 341 tank və digər zirehli döyüş texnikası, 40 reaktiv yaylım atəşi sistemli döyüş maşını məhv edilib"