Spikerdən yeni Konstitusiyanın qəbulu ilə bağlı ÇAĞIRIŞ

13:47 12.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə tarixinin qara səhifəsi bir daha təkrarlanmayacaq”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş hərbi çevrilişdə iştirak edənlərin təzyiqi ilə 1982-ci ildə qəbul edilən hazırkı Əsas Qanunu əvəz edəcək ölkə Konstitusiyasının yeni variantının qəbul edilməsinə çağırıb.

Hafta.az xəbər verir ki, o, Türkiyənin yeni “mülki” Konstitusiyaya təcili ehtiyacı olduğunu vurğulayıb. N.Kurtulmuşun 1980-ci il 12 sentyabr hərbi çevrilişinin 45-ci ildönümü ilə bağlı sosial şəbəkələrdə yerləşdirdiyi paylaşımda deyilir:

“Biz hərbi çevrilişlərin dərslərini unutmayacağıq və onların təkrarlanmasına imkan verməyəcəyik”.

Parlamentin sədri 1980-ci ilin sentyabr hadisələrini “Türkiyədə demokratiyaya, hüquqa və ictimai barışığa böyük xəyanət” adlandırıb. O, Türkiyə hakimiyyətinin birliyinə və demokratik təsisatları gücləndirmək səylərinə də diqqət çəkib:

“Türkiyə tarixinin qara səhifəsi bir daha təkrarlanmayacaq”.