“Spotify” elan etdi: Bu yay ən çox dinlənilən mahnılar

09:56 30.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Spotify” Türkiyədə yayın ən çox dinlənilən mahnılarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin yayında dominant musiqi janrı olaraq hip hop önə çıxsa da, Dedublüman, Simge və Emrə Fel kimi sənətçilərin türk rok və pop mahnıları da seçilib. Bu da türk dinləyicilərin dinləmə vərdişlərinin müxtəlifliyini ortaya qoyub. Builki siyahıya nəzər salsaq, son üç ildə olduğu kimi, Top 10-un hamısı tamamilə yerli mahnılardan ibarətdir və bu, Türkiyədə yerli musiqinin 2024-cü ildə çox möhkəm mövqe tutduğunu bir daha sübut edir.

2024-cü ilin yayında Türkiyədə ən çox dinlənilən mahnılar bunlardır: 1. CISTAK - Era7capone, Batuflex, Narco, 2. “Dale Don Dale” – ElMusto, 3. “Küle Dönmüşsün” - Semicenk, Doğu Suag, 4. Sezen Aksu - Lvbel C5, 5. Iltimas x submariner - AKDO, Gülşən, Murat Boz, Lvbel C5, 6. “Sen  Bilmezsin” – Dedublüman, 7. “Sana El Pençe Durmam”- Emrə Fel, 8. “İntihar” - Era7capone, NASTEISHA, 9. “Önümüz Yaz”- Simge.