“Sülh müqaviləsinin imzalanacağına şübhəm yoxdur!” – Baş anzir

15:26 12.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına şübhə etmirəm”.

Hafta.az yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə brifinqdə deyib ki, sülh sazişinin nə vaxt imzalanacağı ikinci dərəcəli məsələdir, amma imzalanacaq.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycanın mövqelərinin uyğunluğu indi daha aydın görünür və hətta sülh müqaviləsinin paraflanması ilə belə, sülh əldə edilib. “İndi sülhün möhkəmləndirilməsi və onu dönməz hala gətirməkdən danışırıq. Bu baxımdan həm Ermənistanda, həm də Azərbaycanda daxili siyasi proseslər də vacibdir. Ermənistanda qüvvələr olduğundan, inanıram ki, Azərbaycanda da - düzü, Azərbaycanın daxili siyasi prosesləri ilə o qədər də tanış deyiləm - sülhdən o qədər də məmnun olmayan və onu geri çevirməyə çalışacaq qüvvələr var. Biz, Ermənistan Respublikasının vətəndaşları, bərqərar olmuş sülhün müdafiəsinə qalxmalı və onu dönməz hala gətirməliyik”, - deyə Baş nazir qeyd edib.