"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub:
“Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.
***
Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşub.
Hafta.az xəbər verir ki, hadisə zamanı nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksandroviç qatarla avtobus arasında qalaraq ölüb.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.apa