Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyanın baş naziri Rişi Sunak pilotların uzunmüddətli təliminə ehtiyac olmasına baxmayaraq, Ukraynaya döyüş təyyarələrinin veriləcəyini istisna etməyib.
“Xeyr, istisna etmirik. Biz ukraynalı dostlarla dialoq aparırıq, onlara ən yaxşı şəkildə necə dəstək ola bilərik. Bununla belə, yadda saxlamaq lazımdır ki, döyüş təyyarələri inanılmaz dərəcədə mürəkkəb avadanlıqdır ki, onlara uçmaq üçün aylar, hətta illərlə təlim tələb olunur”, o, Talk TV-yə müsahibəsində bildirib.