Bu gün Azərbaycan ictimaiyyəti dünyaya Şuşa Zirvəsindən baxır. Şuşa təşkil olunan Zəfər Qurultayında çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın qürurverici reallıqlarını əks etdirən fikirləri, xüsusilə diqqətlə izlənir, təhlil edilir.
Bu aspektdə Prezidentin çıxışı zamanı söylədiyi – «Şuşa Qurultayının çox böyük tarixi mənası var. Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün çox ağır sınaq dövrü olub. Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”-fikirləri ilə dünya azərbaycanlılarına Şuşa Zəfərinin mahiyyətini bir daha təqdim etdi.
Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, dünya azərbaycanlılarının bu və ya digər şəkildə bir yerə toplanması əlamətdar hadisədir, Zəfər Qurultayının Şuşada keçirməsi isə ikiqat əlamətdardır.
“Oradan verilən müsajlar birlik, qələbə mesajı olacaq. Təbii ki, bundan sevinənlər də olacaq, narahat olan ayrı-ayrı ölkələr də... Amma hər nə olmasından asılı olmayaraq, Dünya Azərbaycanlılarının toplantısı özü-özlüyündə əlamətdardır. Qurultayın bu il Şuşada keçirilməsini ancaq alqışlamaq olar. Gələn qonaqların Şuşanı öz gözləri ilə görməsi, Qarabağda erməni vəhşiliyinin şahidi olması növbəti mərhələdə bunların hər birinin öz ölkəsində də Azərbaycan həqiqətlərini dünyaya daha real çatdırmaq imkanı yaradacaq”.
Politoloq hesab edir ki, Şuşa artıq uzun müddətdir ki, siyasi qərarların verildiyi məkana çevrilib. Onun fikrincə, söhbət təkcə Dünya Azərbaycanlılarının Qurultayından getmir. Belə ki, Azərbaycanda ən böyük hadisə Şuşa Bəyannaməsinin imzalanması idisə, ondan sonra da orda ayrı -ayrı beynəlxalq tədbirlər keçirilib.
“Şuşa rəmzi mənada bir Mədəniyyət Paytaxtıdır. Amma bu da o demək deyil ki, Mədəniyyət paytaxtı siyasi hadisələrdən kənarda dayanır. Əslində Şuşa elə xüsusi əhəmiyyətli qərarların verildiyi bir məkan kimi də qalacaq”.
Siyasi Şərhçi Mətin Məmmədli hafta.az-a bildirib ki, Qurultayın bu il Şuşada keçirilməsinin həm mənəvi, həm rəmzi, həm də siyasi əhəmiyyəti var.Təbii ki, orda verilən açıqlamalar daha çox diqqəti cəlb edir. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Qurultayı işğaldan azad olunduqdan sonra Şuşanın tək mədəniyyət şəhəri deyil, həm də siyasi qərarların qəbul olunduğu mərkəzlərdən biri kimi də gündmdə olmasına ciddi təkan verəcək.
“Şuşada belə formatda təbirlərin keçirilməsi milli maraqlarımıza uyğundur. Dünya Azərbaycanlılarının qurultaylarının belə ənənəvi hala çevrilməsi müsbət haldır və bütövlükdə onların siyasi baxımdan konsilidasiya olunmasında önəmli məqamdır.
Şuşa uzun müddət işğal altında qalıb. Bu gün də bilirsiz ki, Qarabağda yaşayan ermənilər bu yerlərə olan iddialarından geri durmayıblar. Bu mənada bu gün azərbaycanlıların bir araya gəlib birlik nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir”.