Şuşada erməniləşdirilən, Xocavənddə dağıdılan rus pravoslav kilsələri - FOTOLAR

12:03 18.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İkinci Dağlıq Qarabağ müharibəsi başlayandan sonra ermənilər cəbhədə aldıqları ağır məğlubiyyətləri kompensasiya etmək məqsədi ilə münaqişəyə dini don geyindirməyə cəhd göstərdilər.

Azərbaycanın Suriyadan, Liviyadan, hətta Əfqanıstan, Pakistandan "terrorçu mücahidlər" gətirərək xristian ermənilərə, Dağlıq Qarabağ və ətraf işğal olunmuş rayonlardakı xristian məbədlərinə qarşı "soyqırım" həyata keçirtməyi qarşısına məqsəd qoyduğunu iddia etdilər. Hətta bir çox ermənilər Rusiyanı xristianlara qarşı "soyqırımı" dayandırmaq üçün münaqişəyə müdaxidə etməli olduğunu tələb etdilər. Şuşadakı kilsə ətrafında yaşanan olaylar, dünyanın aparıcı mətbuat orqanlarının Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibələrində bu məsələni xüsusi olaraq qabartmaları, əvəzində isə dövlət başçısının böyük ustalıq və siyasi uzaqgörənliklə bu təhdidləri zərərsizləşdirdiyini hər kəs xatırlayır.

Artıq işğaldan azad edilən ərazilərimizdəki dini abidələrin mövcud durumu hər kəsə məlumdur. Burada tək məscidlər yox, eləcə də xristian abidələri darmadağın edilib. Salamat qalanlar isə ermənilər tərəfindən "mənimsənilib".     

Rusiyanın "Vestik Kafkaza" portalının araşdırmasına görə, erməni kilsələrini memarlıq üslubu baxımından gürcü, rus provaslav, hətta vizantiya kilsələrindən fərqləndirmək çox asandır. Erməni məbədləri üçün əsas üslub konus şəklində olan günbəzlərdir.

Bakı arxiyepiskopu Aleksandr Atanın sözlərinə görə, hətta işğal altındakı provaslav kilsələrinin pis vəziyyətdə olduğuna dair məlumatlar var. Şuşadakı İohann Predteçi pravoslav kilsəsinin xarici xarici və daxili görünüşü dəyişdirilib. Bu illər ərzində həmin kilsə erməniləşdirilib. Oradakı günbəz sökülüb,  hətta zənglərin yerləşdiyi günbəzlər də sökülüb. Erməni qriqoryan kilsələrinin atributları ilə əvəzlənib. Xocavənddəki pravoslav kilsəsi də bərbad durumdadır. Hansı ki, Sovet dövründə bu məbəd çox yaxşı vəziyyətdə idi. İndi orada yalnız 4 divar qalıb.

Araşdırmada vurğulanır ki, Xocavənd rayonunda 1894-cü ildə inşa edilmiş rus kilsəsi tək dini məbəd kimi yox, həm də memarlıq abidəsi kimi mühüm əhəmiyyətə malik idi. Lakin son 30 ildə bu ərazi erməni işğalı altında qalıb və dağılıb.

Şuşadakı rus kilsəsi isə daha əvvəl - 1847-ci ildə inşa edilib. 1992-ci ildə işğaldan sonra ermənilər onun günbəzini dağıdaraq özlərininkini inşa edib "Xanaç jam" adlandırıblar. Təbii ki, bütün bu dəyişiklik yerli pravoslav yeparxiyasının xəbəri və razılığı olmadan aparılıb.

Artıq tarixçilər də bildirirlər ki, ermənilər harada çoxalırlarsa, hakimiyyətə gəlirlərsə digər xalqlara məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv edirlər.

Bəli, həqiqət budur ki, bu gün Azərbaycan dünyada digər xalqlara, dinlərə, mədəniyyətlərə, etnik azlıqlara qarşı ən dözümlü, tolerant və multikultural dəyərlərə sahib dövlət kimi tanınır. Bakıdakı erməni kilsəsini, Rus Provaslav, Katolik, bölgələrdəki alban kilsələrini, sinaqoqları, onlara göstəriln dövlət qayğısını, dini azadlıqların təmini istiqamətində atılan addımları xatırlatmaq kifayətdir ki, ölkəmiz haqqında ermənilərin yaratmağa çalışdıqları "xiristian düşməni" obrazı darmadağın olsun. Artıq bütün dünya da qəbul edir ki, işğala qədər 100 illər boyunca Azərbaycanın nəzaritəndə olmuş bütün xiristian məbədləri ən yüksək səviyyədə qorunub. Nə dağıntılar baş veribsə, məhz erməni işğalından sonra olub. Bu fakt bir daha din düşmənlərinin, digər xalqların maddi-mədini, dini-mənəvi irsinə kimin dözümsüz yanaşdığını bir daha ortaya qoyur.