Yazını böyüt
Yazını kiçilt
Milli Məclisin iki komitəsinin (İnsan hüquqları komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsi) Şuşada aprelin 27-də keçiriləcək iclasının gündəliyi bəlli olub.
Hafta.az Milli Məclisə istinadən bildirir ki,iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Birinci məsələ işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmədir.
İkinci məsələ isə məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmədir.
Üçüncü dinləmə Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrinə həsr olunacaq.