“Şuşaya səfər etmək ayrı bir hissdir - Ruslan Hacıyev

16:33 22.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu duyğusal məqamlarda mənə yaşadığım təəssüratları ifadə etmək çox çətindir. Qurultay barədə onu deyə bilərəm ki, çox yüksək səviyyədə kecir. Dünyanın hər bir tərəfindən gələn soydaşlarımız qurultayda cox yüksək ruh yüksəkliyi ilə  iştirak edirlər”.

Bunu Gürcüstan Parlamentinin sabiq deputatı Ruslan Hacıyev hafta.az-a Şuşa səfəri və qurultaydan danışarkən bildirib.

“Şuşa dünyada yaşayan hər bir azərbaycanlılar üçün müqəddəs bir yer, torpaqdır. Şanlı Azərbaycan əsgərinin öz qanı bahasına azad etdiyi bir torpaqdır. Şuşa Müzəffər Ali Baş Komandanın, güclü sərkərdənin rəhbərliyi ilə alınan bir torpaqdır. Allah elə eləsin ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü əbədi olsun. Və biz də, bütün dünyada yaşayan azərbaycanlılar vətənə sevinc hissi ilə səfərlər edək”