Taliban Kabildə narkotik aludəçilərinin müalicəsi üçün 5 min yerlik xəstəxana açdı

15:30 02.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin rəhbərliyi narkotiklərlə mübarizə çərçivəsində aludəçi insanların reabilitasiya olunacağı xəstəxana açıb

Hafta.az-ın yazdığına görə, İslam Əmirliyi administrasiyasının müxtəlif rəsmiləri paytaxt Kabildə 5 min çarpayılıq xəstəxananın açılışında iştirak ediblər.

Açılışda çıxış edən xarici işlər naziri Əmir Xan Müttəki deyib ki, o dövrdə ABŞ-ın dəstəklədiyi Kabil administrasiyasının korrupsiyası və narkotiklərin yayılması uğursuzluğa düçar olduğu üçün milyonlarla əfqan gənci küçələrə çıxarıb.
Müttəki əlavə edib ki, İslam Əmirliyi administrasiyası korrupsiya və narkotiklərin kökünün kəsilməsi üçün ciddi səylər göstərib və bundan sonra da edəcək. O, həmçinin əlavə edib ki, 20 illik işğalın qalıqlarını təmizləmək üçün böyük səy göstərirlər.

Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstanda narkotiklərin becərilməsi və ticarəti tamamilə qadağan edilib. Bu çərçivədə İslam Əmirliyi administrasiyasının səlahiyyətliləri ölkə daxilində narkotik vasitələrin istehsalı, satışı və istifadəsinə qarşı tədbirlər görməyə başlayıb. Narkotiklərlə mübarizə çərçivəsində müxtəlif vilayətlərdə, xüsusən də paytaxt Kabildə narkotik aludəçisi olan şəxslərin küçə və prospektlərdən toplanaraq reabilitasiya oluna biləcəkləri müəssisələrə yönləndirilməsi məqsədəuyğun görülüb.

Davam edən araşdırmalara uyğun olaraq, Kabildəki Puli Sohta körpüsünün altını yaşayış yerinə çevirmiş yüzlərlə narkotik aludəçisinin bölgədən toplanaraq reabilitasiya mərkəzlərinə təhvil verildiyi açıqlanıb. Eyni zamanda Əfqanıstan Daxili İşlər Nazirliyi ölkə daxilində indiyədək 10 mindən çox narkotik aludəçisinin toplandığını və müalicəsi üçün müxtəlif qurumlara göndərildiyini bildirib.

Əfqanıstanda narkotik qadağası
Narkotiklərlə mübarizə çərçivəsində Əfqanıstan İslam Əmirliyinin administrasiyası 2022-ci ilin aprel ayının əvvəlində ölkə ərazisində xaşxaş becərilməsinin tamamilə yasaqlanması barədə qərar qəbul edib. Sözügedən qərar Taliban lideri Hibətullah Axundzadənin verdiyi fərmanla qüvvəyə minib.

Sosial şəbəkələrdə yayımlanan fərmanda aşağıdakı ifadələr yer alıb: “Əfqanıstan İslam Əmirliyinin əmirinin qərarı ilə bu gündən etibarən bütün əfqanlara məlumat verilib ki, ölkənin bütün bölgələrində xaşxaş əkilməsi qəti qadağandır. Əgər şəxs bu qərarı pozarsa, onun əkdiyi xaş-xaş dərhal məhv ediləcək və sözügedən şəxslə şəriət qanunlarına uyğun müalicə olunacaq.

Bundan əlavə, spirt, heroin, tablet K, həşiş və bu kimi narkotik vasitələrdən istifadə, daşınması, ticarəti, ixracı və idxalı, habelə narkotik vasitələrin istehsalı ilə məşğul olan zavodlarda işləmək qadağandır.

Bu qərarın icrası məcburidir və qanunu pozanlar məhkəmə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılacaqlar".

Oxşar qərar Talibanın ilk dəfə hakimiyyətdə olduğu 1996-2001-ci illərdə qəbul edilmiş və 2000-ci ildə xaşxaş becərilməsi tamamilə yasaqlanmışdı.

Qərarla Əfqanıstanda narkotik istehsalının sıfıra yaxınlaşdığı bu prosesdə ABŞ-ın işğalının başlamasından sonra Əfqanıstanda narkotik istehsalı görünməmiş rekord səviyyəyə yüksəlmişdi.