Tamaşaçılar Netflix-də romantik komediyaya etiraz etdilər

10:43 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix izləyiciləri axın platformasına yeni əlavə edilən romantik komediya haqqında fikirlərini açıq şəkildə bildiriblər.

Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, mayın 9-da premyerası olan “Mother of the Bride”in ("Gəlin anası") Bruk Şilds, Miranda Kosgrov, Şad Maykl Murray və Benjamin Bratt kimi adlardan ibarət aktyor heyəti var.

Romantik komediyada həmçinin “Suits” filmindən tanınan Raçel Harris, həmçinin Maykl MakDonald, Uilson Kruz və Tasnim Rok da çəkilib.

“Mean Girls” və “Freaky Friday” kimi komediyaları çəkən Mark Vatersın rejissorluğu ilə 58 yaşlı Şildsin prodüser olduğu romantik komediya filminin çəkilişləri 6 həftə Tailandda aparılıb.

Bruk Şilds, 30 yaşlı keçmiş “Nickelodeon”un ulduzu Miranda Kosgrov tərəfindən canlandırılan Emmanın əsəbi anası Lana rolunu oynayır.

Netflix, 18 yaşdan kiçik tamaşaçılar üçün uyğun olmadığını bildirdiyi filmin süjetini belə xülasə edir: "Ana cəsarətli qızının toyuna tropik adaya gedir. Lakin qarşılaşdığı hadisə onu çaşdırır: bəyin atası onun onilliklər ərzində görmədiyi keçmiş sevgilisi çıxır”.

Netflix izləyiciləri filmin getdikcə çaşqınlıqla bitməsindən şikayət etmək üçün sosial mediaya axışıblar.

Qəzəblənən izləyicilərdən biri yazıb: “Kimsə gəlin və bəyin ögey qardaş olması ilə filmi bitirməyin qəribə olduğunu düşünmürdü?”

Digər tamaşaçı isə etiraz edib: "Mother of the Bride” bu il izlədiyim ən pis filmdir. Necə oldu ki, uşaqların toy günü gəlinin anası ilə bəyin atası nişanlanıblar?"

Filmdən razı qalmayan başqa bir tamaşaçı isə qəzəbini bu sözlərlə ifadə edib: "Mother of the Bride” çox qəribə idi. Yəni, iki keçmiş sevgilinin uşaqları evlənir və sonra həmin keçmiş sevgililər yenidən cəhd etmək qərarına gəlirlər və nəhayət, nişanlanırlar... Sanki bu, uşaqlarını yarımçıq qardaş edir”.

Bir izləyici ssenarinin süni intellektdən istifadə edilərək yazıla biləcəyini də irəli sürüb: "Netflix-in “Mother of the Bride” o qədər pisdir ki, hətta onu süni intellekt ssenarini yazmış ola bilər".

Başqa bir şəxs isə vaxtını itirdiyinə görə filmə qəzəblənib: "Mother of the Bride” çox axmaq idi. Həyatımın 90 dəqiqəsini haradan qaytara bilərəm?"

Nəhayət, məyus bir tamaşaçı yazıb: "Mother of the Bride”indiyə qədər izlədiyim ən pis filmlərdən biridir. Baxdığım üçün çox utandım. And içirəm ki, bunu 12 yaşlı bir uşaq yazıb".

Oxunma sayı 152