“Tarif müharibələrindən ən az Türkiyə zərər görəcək” - İqtisadçı

09:14 04.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp başda Çin olmaqla bütün ölkələrə gömrük rüsumları tətbiq edib. Ölkənin əsas ticarət tərəfdaşları arasında Avropa İttifaqına 20 faiz, Çinə 34 faiz, Vyetnama 46 faiz, Tayvana 32 faiz, Yaponiyaya 24 faiz, Hindistana 26 faiz, Cənubi Koreyaya 25 faiz, Tailanda 36 faiz, İsveçrəyə 31 faiz, İndoneziyaya 32 faiz, Malayziyaya 32 faiz, Cənubi Afrikayaya 24 faiz, Banqladeşə 37 faiz, İsrailə isə 17 faiz tarif tətbiq edilməsi planlaşdırılır.

Hafta.az-ın yazdığına görə, Trampın tarif qərarının ticarətə ciddi təsir edəcəyi bildirilir. Bəs Türkiyə bu qərardan necə təsirlənəcək? İqtisadçı ekspert Məhəmməd Bayram Trampın qərarının təsirlərini dəyərləndirib.

Trampın vəzifəyə gəldiyi gündən etibarən Amerika iqtisadiyyatına və  dollarına üstünlük verdiyini ifadə edən Bayram, "Bu çərçivədə rekord həddə çatan 1,15 trilyon dollarlıq büdcə kəsirini ödəmək üçün kredit dəftərini açdı. Bu dəftərdə o, verdiyi qrantlar və dəstəklərlə bağlı açıqlamalar verdi. Amerikanın əsgər göndərdiyi və şəxsən müharibədə iştirak etdiyi dünyanın coğrafiyasından asılı olmayaraq, NATO-ya verdiyi dəstək də eyni idi. O, bunun öz ölkəsində edilməli olduğunu müdafiə etdi" deyib.

Trampın bu addımları ilə NATO üzvü Avropa İttifaqı ölkələrini küncə sıxışdırdığını deyən Bayram bildirib ki, bu ölkələr İkinci Dünya Müharibəsindən sonra təhlükəsizliyini Amerikanın öhdəsinə buraxıb, iqtisadi cəhətdən inkişaf etməyi hədəfləsələr də, son nəticədə Amerika iqtisadiyyatını hədəfə alıblar.

Bayram deyib: “Tramp vəzifəyə gəldiyi gündən həm Amerika dərin dövlətinə, həm də böyük inhisarlara qarşı müharibəyə başlayaraq ABŞ-ın büdcə açığı, xüsusilə də hərbi kəsirləri bağlamaq istədi. O gün gəlib ki, Fransa, Almaniya kimi ölkələr həm orduya çağırmağa əsgər tapmırlar, həm də pulları olduğu halda müdafiə sənayesində geridə qalıblar”.

Polşa prezidentinin Türkiyəyə səfərini xatırladan Bayram bildirib ki, bu səfər “Rusiya Polşanı işğal etsə, Türkiyə olaraq bizi qoruyarmısınız” məqsədilə edilib. “Tramp ilk olaraq Meksika və Kanadanı hədəf alaraq onların ucuz işçi qüvvəsi ilə istehsal olunan mallarının ABŞ-a ixrac edildiyini və Amerikanın bundan pul qazanmadığını söyləyib. Sonra da Panama kanalı və Qrenlandiya üzərindən siyasətə başladı. Son olaraq əgər lazım olarsa hərbi güc tətbiq edərək buranı alacaqlarını bildirdi. Son vaxtlar Meksika və Kanada ilə müzakirələrin aparılmadığını görürük. Çünki Tramp “ölümü göstərib təslim etmək siyasəti yürüdür", - Bayram deyib.

Bayram Trampın bu addımları atmaqla Amerika və Amerika iqtisadiyyatını gücləndirməyi hədəflədiyini deyib. Bildirib ki, Çin Amerikaya 67 faiz rüsum tətbiq edir, yəni Amerika malı Çinə satılarsa, ilk növbədə Çində 67 faiz rüsum tətbiq edilir, amma Amerikada Çin mallarına rüsum yoxdur, indi isə Çinə 37 faizlik tarif tətbiq olunub. Bütün illər Amerika iqtisadiyyatını sovurub yeyiblər. İndi də bu tarifdən ən çox zərər çəkənlər Çin və Vyetnam olub. “Mənə ucuz mal sat və mənim malım sənə ucuz getsin” prinsipi ilə iş görüblər.

“Ən aşağı tarifin 10 faiz olduğunu nəzərə alsaq, Türkiyəyə tətniqlənən tarif ən aşağıdır. Bu tarif polemikasından ən az zərər çəkəcək ölkə Türkiyədir. Çünki o, heç vaxt Amerika və ya başqa bir ölkəni iqtisadi-siyasi cəhətdən istismar etməyib. İndi son iki ildə xüsusilə tekstil sektorunun istehsalını başqa ölkələrə köçürdüyünü gördük, amma təəssüf ki, Trampın açıqladığı tariflərlə istehsal mərkəzlərini xaricə köçürən şirkətlər böyük itkilərə məruz qalacaq. Həmişə dediyimiz kimi, biz dövlətimizə güvənərək, istehsala sərmayə qoymağa və ixraca davam etməliyik. Sözügedən tekstil şirkətləri xaricə köçsələr də, təəssüf ki, bu tariflərdən sonra ölkəmizə qayıtmaq həvəsində olacaqlar. Tarif müharibələrindən Türkiyənin ən az zərər görəcəyini və istehsal mərkəzlərinin Türkiyəyə keçəcəyini deyə bilərik”, - o deyib.