Teatr işçilərinin maaşı artırıldı

13:20 12.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.

 

Hafta.az "Report"a istinadən məlumat , bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.

 

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

 

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;

2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;

3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;

4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;

5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;

6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;

7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

Oxunma sayı 124