Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

16:23 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan hafta.az-a daxil olan məlumatda bildirilib ki, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.