“Terminator” "Yaponiyanın Skynetə cavabı" ilə qayıdır

10:42 08.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix əfsanəvi elmi fantastika seriyası “Terminator”u canlandırmaq üçün hərəkətə keçib.

Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, filmi 1995-ci ildə “Ghost in the Shell” filmini çəkən “Terminator Zero” çəkir.

Avqustun 29-da rəqəmsal yayım platformasına çıxması planlaşdırılan animasiyanın təfərrüatları mətbuata sızdırılmaqdadır. Məlumata görə, illərdir qeyri-adekvat pis xarakterləri ilə tənqid olunan serial bu animasiya ilə daha güclü düşmən qazanır.

Animasiya, “Terminator 2: Judgment Day” filmində göründüyü kimi, Skynetə bənzər süni intellektin dünyanı ələ keçirdiyi bir kainatda baş verəcək.

Əsasən 1997-ci ili canlandıran serialda 2022-ci ildə insanlar və maşınlar arasında baş verən müharibəyə də toxunulacaq. “Terminator 2”də Skynetin 1997-ci ildə insanlara qarşı üsyan etdiyi və bu tarixdən iki il əvvəl Sarah və Con Konnor bu vəziyyətdən qaçmaq üçün hərəkətə keçdiyi görülür.

“Terminator Zero”da Skynet əvəzinə başqa bir süni intellekt təqdim edilir. Kokoro adlı yeni düşmən “Yaponiyanın Skynetə cavabı” kimi təsvir edilir. Animasiyanın konspektinə görə, ən azı Skynet qədər güclü olacaq Kokoro, bəşəriyyətin doğrudan da onun kimi Yer üçün bir vəba olub-olmadığını qiymətləndirəcək.

Kokoronun serialda yeganə cani olub-olmayacağı hələ dəqiq deyil. İlk iki “Terminator” filmində olduğu kimi, gələcəkdən göndərilən bir əsgər bu süni intellektin yaradıcısı Malkolm Linin qarşısını almaq üçün hərəkətə keçəcək. Kokoronun fiziki əksi də ekranda görünəcək.

Bütün “Terminator” istehsallarında əsas cani olan Skynetn Kokoro ilə əvəzlənməsinin serialın hekayəsini hansı yeni yollarla dəyişdirəcəyi zamanla görünəcək.

Baş terminatoru səsləndirəcək Timoti Olifantın yaxşı və ya pis obraz olacağı da məlum deyil. Əvvəlki bütün istehsallarda pis tərəfdə bir terminator var idi. Bu animasiyada da Arnold Şvartsenegger dövründə olduğu kimi həm yaxşı, həm də pis tərəflərin olması mümkündür.