Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

22:00 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. 

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.