Bir çox məşhurların kəşf hekayələri həmişə maraq mövzusu olub. Xüsusilə televiziya ekranlarında gördüyümüz uğurlu adların necə diqqət çəkdiyi, karyera nərdivanını necə yüksəltdiyi çox insanı həyəcanlandırır.
Hafta.az olaraq Türkiyənin məşhur adlarından bəzilərinin diqqətəlayiq kəşf hekayələrini bölüşürük:

Fahriye Evcen "Yaprak Dökümü" serialı ilə böyük nüfuz qazanaraq adından söz etdirən şəxsdir. Ancaq bu uğurun arxasında çox maraqlı bir kəşf hekayəsi dayanır. Əslində Almaniyada yaşayarkən Oya Aydoğanın televiziya proqramına tamaşaçı qismində qatılaraq həyatının gedişatı dəyişdi. Oya Aydoğanın diqqətini çəkən Evcen daha sonra aktyorluq karyerasına addım ataraq televiziya dünyasına sürətlə daxil olub. Fahriye Evcenin bu gözlənilməz debütü məşhur olmaq yolunda şansın nə qədər vacib olduğunu bir daha göstərir.

Digər diqqət çəkən ad isə “Kızılcık Şerbeti” serialı ilə geniş tamaşaçı auditoriyasına çatan Sıla Türkoğlu olub. Türkoğlu İnstaqram vasitəsilə kəşf edilib. Onun teatrda çəkdirdiyi fotoları bir agentliyin marağına səbəb olub və o, sınaq çəkilişlərinə dəvət olunub. Belə ki, ekranlara addım atan Türkoğlu qısa zamanda populyarlıq qazanıb. Sosial medianın gücü ilə karyerasını formalaşdıran aktyor gənc istedadlar üçün mühüm ilham mənbəyinə çevrilib.

Burak Özçivitin kəşf hekayəsi də eyni dərəcədə maraqlıdır. Uğur qazanan aktyor və modelin karyera səyahəti model yarışması ilə başlayıb. Atasının xəbəri olmadan onun fotoları model müsabiqəsinə göndərilib. 2004-cü ildə bu yarışmada "Vəd verən Model" seçilən Özçivit 2005-ci ildə birinci olub. Bu uğur onu televiziya dünyasına aparan ilk böyük addım olub və karyerası bundan sonra da sürətlə yüksəlməyə davam edib.

Məşhur aktrisa Bensu Soral televiziya dünyasına qonaq aktyor kimi daxil olub. O, “Komediya dükanı” verilişində qonaq aktyor kimi göründükdən sonra prodüserlərin diqqətini çəkib. Soralın bu ilk addımı onun karyerasının başlanğıcı oldu və bununla da aktyorluq macərası başlayıb.