“The Batman”ın rejissorundan xoş xəbər

10:24 30.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mett Rivz Kaliforniyanın San Dieqo şəhərində təşkil olunan Comic-Con 2024-də iştirak edib.

Hafta.az-ın yazdığına görə, “The Batman II” üzərində işləyən rejissor 2022-ci ildə kinoteatrlarda nümayiş olunan ilk filmdə görünən Kolin Farrellin yenidən Pinqvin obrazını canlandıracağını təsdiqləyib.

Çıxış tarixi bir il təxirə salınan filmin 2026-cı ilin oktyabrında vizyona girəcəyini təsdiqləyən 58 yaşlı rejissor 2025-ci ilin ilk aylarında çəkilişlərə başlayacaqlarını açıqlayıb.

2022-ci ildə baş rolda Robert Pattinsonun çəkildiyi “The Batman”, “Bruce Wayne”in daha gənc versiyasına diqqət yetirib.

“ThePenguin”, “TheBatman”ın Gotham şəhərinin su altında qalması ilə nəticələnən möhtəşəm finalından sonra başlayacaq. Serialın ikinci filmə qədər olan müddətdə baş verməsi gözlənilir.

Farrell sentyabrda premyerası olacaq HBO serialı “The Pinguin”də eyni obrazı canlandıracaq. 47 yaşlı Farrell martda verdiyi müsahibədə yeni serialın "həqiqətən qaranlıq və ağır olduğunu" söyləyib.

“The Pinguin”in “inanılmaz zorakılıq ehtiva etdiyini” deyən irlandiyalı aktyor sözünə belə davam edib: “O, insanın həmişə arzuladığı şeyə, yəni müəyyən gücə və ya sosial statusa yüksəlməsindən bəhs edir”.

Matt Rivz, Farrelin Gotham City-nin ikonik super cani kimi qayıdacağını “The Pinguin” filmindən başlayaraq “The Batman” kainatını genişləndirməyə hazırlaşır.

Bununla belə, 4 il inkişaf etdirməyə sərf edən “The Batman”ın spinoffu “Arkham Asylum” üçün planlar uğursuz olub. Ötən həftələrdə serialın rəsmən ləğv edildiyi bildirilmişdi.

2022-ci ildə baş rolda Robert Pattinsonun oynadığı “The Batman” filminin spinoffu kimi hazırlanan serialın rejissoru Mett Rivz olacaq.