Tikilməkdə olan tunel çökdü - ÖLƏNLƏR VAR

17:07 20.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Kəşmir bölgəsində tünelin çökməsi nəticəsində 1 nəfər ölüb, 9 nəfərin isə dağıntılar altında qaldığı deyilir. 

Hafta.az-ın yazdığına görə, sözügedən tunel Kəşmirdəki Cammu-Srinagar avtomobil yolu üzərində tikilməkdədir. İşçilərin tuneldə çarəsiz vəziyyətdə xilas ediləcəkləri anı gözlədikləri bildirilir. Odur ki, əraziyə çox sayda təciliyardım və xilasetmə qrupları cəlb olunub.

Son məlumata görə, xilasetmə tədbirləri zamanı bir nəfərin cansız bədəni dağıntılar altından çıxarılıb. 

Hindistan Fövqəladə Vəziyyətlərin İdarəedilməsi İdarəsinin nümayəndəsi Amir Əli deyib ki, tünelin girişində 3 işçi xilas edilərək xəstəxanaya çatdırılıb. Onun sözlərinə görə, çökmə tünelin havalandırma bölümündə baş verib.

Oxunma sayı 878