Rejissor Duq Liman və məşhur aktyor Tom Kruz hələ də "Edge of Tomorrow" filminin davamı ideyasından əl çəkməyiblər.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, məşhur rejissor 2014-cü ildə elmi fantastika filminin nümayişindən 10 il sonra “Empire” jurnalına verdiyi müsahibədə aktyorla "o dünyanı sevdikləri üçün" davam filmi çəkmək haqqında "söhbətə davam etdiklərini" deyib.
Liman, "Tom və mən filmə təxminən iki ay əvvəl yenidən baxdıq, çünki 10 ildir baxmamışdım. Dedim ki, vay, bu çox yaxşı filmdir” deyib.
Emili Bluntun da rol aldığı ilk film yadplanetlilərlə döyüşərkən eyni günü təkrar-təkrar yaşamağa davam edən bir əsgər haqqında idi.
“Edge of Tomorrow” filmi kassada ləng başlasa da, tamaşaçılar tərəfindən sevilib və illər boyu izlənilən uzunömürlü bir istehsala çevrilməyi bacarıb.
58 yaşlı rejissor etiraf edib: "Mənim həmişə prokata çıxan kimi kassada fırtına gətirən filmlər çəkmək imkanım olmayıb".
“The Bourne İdentity” açılış həftəsonunda “Scooby-Doo”ya məğlub olub.
Özü ilə bağlı etiraflar edən amerikalı rejissor sözlərini belə davam etdirib: “Anladığım odur ki, uzunmüddətli filmlər çəkirəm. Mən eqoya əsaslanan oğlanam, dərhal təriflər istəyirəm. Amma onu da anlayıram ki, mənə seçim imkanı verilsəydi, insanların hələ 50 ildən sonra baxacaqları filmlər çəkməyi seçərdim”.
2019-cu ildə “Edge of Tomorrow”un davamının hazırlanma mərhələsində olduğu və ssenarinin Metyu Robinson tərəfindən yazıldığı bildirildi. Ancaq film heç vaxt reallaşa bilməyib.
Elmi-fantastik serialın ulduzlarından olan Emili Blant, davamı çəkiləcəyi təqdirdə geri dönməyə "çox hazır olduğunu" söyləyib.