Yazını böyüt
Yazını kiçilt
Tovuzda qatar onun yoluna anidən çıxan şəxsi vurub.
Hafta.az xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində baş verib.
Belə ki, Qovlar-Tovuz sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən insan çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.