Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşanın Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib:
"Bununla əlaqədar yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşanın inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Məlumdur ki, ölkədə yerli istehsal təlabatı ödəmir. Xarici ölkələrdən Azərbaycan toyuq məhsulları idxal olunur. Toyuq məhsullarının idxalının dayandırılması bu məhsula təlabatı daha da artıracaq, yerli bazar isə bu təlabata adekvat deyil.
Bəs məhdudiyyətlər nə zamana qədər davam edəcək?
Bu barədə hafta.az-a açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva dedi ki, bu məhdudiyyətlər müvəqqəti xarakter daşıyır:
“Başqa dövlətlərdən toyuq məhsulları idxal olunur. Bu məhdudiyyət Polşadan gələn məhsullar üçün nəzərdə tutulub. Polşa ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub”.