Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

17:18 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bizdə dünyanın ən böyük kameraları var və onlar buna fokuslanıb. Pikaks dağında nə baş verdiyini dəqiq bilirəm. 

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox news”a müsahibəsində deyib.

“Biz onların nüvə obyektlərini ləğv etdik. Əgər İranla razılaşmasaq, çox asanlıqla Pikaks dağını da məhv edəcəyik”,- deyə Tramp bildirib.