Tuncay Şanlı “Fənərbağça”ya qayıdıb

15:23 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə yığmasının sabiq futbolçusu Tuncay Şanlı keçmiş komandası “Fənərbağça”ya qayıdıb.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbul klubunun akademiyasında işləyəcək. Burada 43 yaşlı veteran hücumçu dəyərin yaradılması və inkişafı direktoru kimi çalışacaq.

Qeyd edək ki, Tuncay Şanlı futbolçu kimi 2002-2007-ci illərdə “sarı-lacivərdlilər”in formasını geyinib.