Türkiyə 51 min kəpənək alacaq

10:54 26.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə bir bələdiyyədə 51 min kəpənək almaq üçün tender keçirilib. Konyanın Səlcuqlu bələdiyyəsində həyata keçirilən ən diqqətçəkən layihə Konya Tropik Kəpənək Bağı üçündür.

Hafta.az-ın yazdığına görə, tender çərçivəsində 51525 ədəd canlı kəpənək pupası alınacaq. Tender tarixi 15 avqust 2024-cü il kimi müəyyən edilib.

Tenderdə qalib gələn şirkətin 1 sentyabr 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinədək kəpənəkləri partiyalar şəklində çatdırması gözlənilir. Çatdırılma müddətlərinin həftədə bir dəfə olması planlaşdırılır.

Türkiyənin ilk kəpənək bağı və Avropanın ən böyük kəpənək uçuş sahəsi olan Konya Tropik Kəpənək Bağı 2015-ci ildə vətəndaşların istifadəsinə verilib. Tropik Kəpənək Bağının sahəsi 7200 kvadratmetrdir. Binanın tikintisi üçün 630 ton poladdan və hər biri müxtəlif ölçülü 1730 ədəd şüşədən ibarət şüşə pərdə divar üzlük sistemindən istifadə olunub. Son illər yerli və xarici turistlər bağa böyük maraq göstərirlər.