Türkiyə ordusu tam hazırdır - ƏRDOĞANDAN ƏMR GÖZLƏYİR

13:28 20.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ordusu Suriyada transsərhəd əməliyyatının başlamasına tam hazırdır, komandanlıqdan müvafiq əmr gözləyir.

Hafta.az xəbər verir ki, bu barədə TGRT məlumat yayıb.

Türkiyə telekanalının məlumatına görə, əməliyyat üçün lazım olan bütün hazırlıq işləri artıq başa çatıb.
Bu əməliyyat zamanı Ankara öz hərbi texnikasının və ya Türkiyə tərəfindən modernləşdirilmiş hərbi texnikanın istifadəsinə diqqət yetirəcək.

Bayraktarlar, Koral elektron döyüş sistemləri, T129 ATAK atəş dəstəyi və kəşfiyyat helikopterləri və digər hərbi texnikanın daxil olduğu zərbə pilotsuz təyyarələrindən istifadə edilməsi planlaşdırılır.
Suriyanın şimalında planlaşdırılan əməliyyatın başlama vaxtı və müddəti hələlik dəqiqləşdirilməyib.