Türkiyə Superkubokunda ilk finalçı müəyyənləşib

23:38 05.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçirilib.

Hafta.az xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gəlib.

Matçda rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici görüşə vəsiqə qazanıb. "Qalatasaray"ın finaldakı rəqibi “Fənərbağça” - “Samsunspor” cütünün qalibi olacaq. Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Superkubok uğrunda final matçı isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.