Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər

14:40 26.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Hafta.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Twitter” səhifəsində paylaşıb.

İran səfirinin sözlərinə görə, görüşdə diplomatlar ikitərəfli əlaqələr, Azərbaycanla münasibətlər haqqında da fikir mübadiləsi aparıblar.