Türkiyədə ötən gün 900-dən çox yoluxma olub

09:56 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 3 nəfər vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 123 536 nəfər test edilib, 922 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 105 nəfər sağalıb.

Oxunma sayı 132