Türkiyənin Oskar mükafatına namizədi "Həyat" filmi oldu

09:29 30.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət və Turizm Nazirliyinin Kino Ümumi Müdirliyi Türkiyənin Oskar namizədini belə açıqlayıb: "Türkiyənin "Ən yaxşı beynəlxalq film Oskar" namizədi Zeki Dəmirkubuzun rejissorluğunu etdiyi "Həyat" filmidir.

Hafta.az-ın yazdığına görə, rejissoru Demirkubuzun olduğu filmdə baş rolları Miray Daner və Burak Dakak oynayan filmdə atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən Rıza əvvəlcə bu vəziyyətə əhəmiyyət verməsə də, vəziyyət getdikcə çətinləşir və Hicranla qarşılaşmağa qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun sürən axtarışlara başlayır…

Filmin aktyor heyətində Cem Davran, Umut Kurt, Melis Birkan, Osman Alkaş, Ozan Dağara, Doğu Dəmirkol, Kayahan Açıkgöz, Müttalip Müjdəci, Seyit Nizam Yılmaz, Berfun Başel, Handə Özən, Özləm Türkad və Caner Cindoruk yer alıb.