Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil - onun anası ağır xəstədir.
Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın NTV telekanalı, türkmən mənbələrinə istinadən xəbər yayıb.
“Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 10 gündür ağır vəziyyətdə yataqda olan anasını ziyarət etmək üçün Almaniyaya gedə bilər”, - deyə mənbələr bildiriblər.
Yerli KİV qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, Prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü.
***
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə "Говорит Москва" məlumat yayıb.
Bu barədə sözügedən KİV-ə politoloq, Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubaev məlumat verib.
"Mənə məlumat verən insanlar Aşqabadda yaşayırlar. Onlar biznesmendirlər. Mən soruşanda ki, bu doğru məlumatdır? Cavab verdilər ki, xüsusi xidmətdə çalışan tanışları var. Onlar məlumat verirlər ki, bu, onun məzuniyyətə çıxdığı baş verib", - deyə Rubaev bildirib.
İylun 15-də məzuniyyətə çıxan Berdiməhəmmədov ölüm xəbəri rəsmi şəkildə nə təsdiq, nə də təkzib olunub.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub. 2006-cı ildən Türkmənistana rəhbərlik edir.