U-19 millisi məğlubiyyətlə başladı

17:23 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Kukus” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.