Ucarda ağır yol qəzası - 3 ölü, 2 yaralı

22:10 20.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır (apa).