Yazını böyüt
Yazını kiçilt
UEFA İcraiyyə Komitəsinin bu yaxınlarda Lyublyanada keçirilən iclasında Avropa çempionatının 2020-ci il final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 Avropa ölkəsində 600 min ağac əkilməsi barədə qərar qəbul edilib.
Virtualaz.org bildirir ki, 12 dövlətin hər birində, o cümlədən Azərbaycanda 50 min ağac əkiləcək.
UEFA prezidenti Aleksandr Çeferin, mümkün iqlim dəyişikliyi ilə mübarizə üçün böyük bir kampaniyanın başlandığını elan edib və bu aksiyanın Avro-2020-yə ev sahibliyi edəcək bütün 12 ölkəyə kömək göstərəcəyinə əminliyini bildirib.