UEFA Gənclər Liqası: "Napoli" - "Qarabağ" oyunu bərpa olundu

20:05 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.

Hafta.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.