UEFA yunan klubunun xahişini rədd etdi

22:34 28.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Yunanıstanın PAOK klubunun Avropa Liqasının 8-ci turunun Fransa təmsilçisi “Lion”la oyununu təxirə salmaq xahişini rədd edib.

Hafta.az bildirir ki, bu barədə “Hellas Football” X sosial media platformasında məlumat verib.

Oyun 29 yanvar tarixində Fransanın Lion şəhərindəki “Groupama” stadionunda keçiriləcək.

Qeyd edək ki, yanvarın 27-də PAOK azarkeşlərini daşıyan mikroavtobus qəzaya uğrayıb. 10 nəfəri daşıyan nəqliyyat vasitəsi Rumıniyada Fransaya gedən magistral yolda qarşıdan gələn yük maşını ilə toqquşub. Hadisə nəticəsində 7 nəfər ölüb.