Ukrayna Bayraktar mərkəzinin tikintisi ilə bağlı müqaviləni açıqlayıb

19:40 03.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Torpaqları və Fondları Baş İdarəsinin rəisi Boris Zakutnıy bildirib ki, idarə ölkədə Bayraktar mərkəzinin tikintisi üçün ərazini razılaşdırıb.

Onun sözlərinə görə, hazırda idarə “Bayraktar” pilotsuz uçuş aparatlarının istismarı ilə bağlı texniki qulluq, texniki xidmət, modernləşdirmə, kadr hazırlığı üzrə birgə təlim-sınaq xidməti mərkəzinin tikintisi və təşkili” məsələləri üzərində işləyir.

Zakutnıy vurğulayıb ki, bu mərkəzin təşkili üçün yer bu yaxınlarda investorlar və bütün maraqlı tərəflər tərəfindən qəbul edilib. Bundan əlavə, nazirlik ilə Baykar arasında memorandum imzalanıb və Ali Rada Ukrayna və Türkiyə arasında texnoloji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Oxunma sayı 110